Qarabağın bütün ərazisində yoxlama aparılır - DİN

20:08 - 6 Oktyabr 2023 - CƏMİYYƏT

 Qarabağın bütün ərazisində yoxlama aparılır - DİN

Qarabağın işğalı dövründə narkotikin becərilməsi ilə bağlı cinayət işləri açılıb.

BUTA.TV xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) sözçüsü Elşad Hacıyev deyib.

O bildirib ki, Azərbaycan Ordusunun sentyabrın 19-da keçirdiyi antiterror tədbirlərindən sonra Qarabağın bütün ərazisində müvafiq yoxlama işləri həyata keçirilir:

"Ümumilikdə 30 hektar sahədə narkotik plantasiyası aşkarlanıb. Bir plantasiya Ağdamda, ikisi isə Xocalıda aşkarlanıb. İşlərimiz davam edir. Əsas məqsəd təhlükəsizliyi tam təmin etməkdir".

Bu xəbər hal-hazırda çox oxunur
Ədalət Verdiyev həbs olundu

E.Hacıyev söyləyib ki, terrorçular Qarabağın işğalı dövründə narkotik vasitələrin əkin-biçini ilə fəal məşğul olublar:

"Biz həmin dövrdə beynəlxalq ictimaiyyəti daim məlumatlandırırdıq. Ermənilər isə əməllərini danırdılar. Artıq onların bu əməlləri sübut olunub. Separatçılar narkotik maddələri daha çox yaşayış yerlərinə yaxın ərazilərdə əkib-becərirdilər. Çünki bu əməllərindən həm də gəlir mənbəyi kimi istifadə edirdilər. İstisna deyil ki, yerli əhali də bu işlərə cəlb olunub".

DİN rəsmisinin sözlərinə görə, sözügedən əməllərlə bağlı cinayət işləri açılıb:

"Əraziyə mütəxəssislər cəlb olunub. İlkin hesablamalara görə, narkotik maddələrin istehsalına milyonlarla dollar sərf olunub".

E.Hacıyevin sözlərinə görə, ərazi hələ də təhlükəlidir: "Ermənilər ərazini ciddi şəkildə minalayıblar. Xüsusi sürpriz minalara da rast gəlinir".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol