Vəkil adından qanunsuz istifadə edən şəxs cəzalandırıldı

22:16 - 6 Oktyabr 2023 - GÜNDƏM

 Vəkil adından qanunsuz istifadə edən şəxs cəzalandırıldı

Vəkil adından qanunsuz istifadə edən Camal Ramazan oğlu Bağırzadə cəzalandırılıb.

BUTA.TV xəbər verir ki, bu barədə Nizami Rayon Məhkəməsi qərar qəbul edib.

Belə ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Bağırzadə Camal Ramazan oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci (Xırda talama) və 399-cu (Vəkil adından qanunsuz istifadə) maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılıb və baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə o, 350 manat məbləğində inzibati qaydada cərimə edilib.

Bu xəbər hal-hazırda çox oxunur
Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Qeyd edək ki, daha əvvəl C.Bağırzadənin vətəndaş Pərvanə Babayevaya özünü Vəkillər Kollegiyasının üzvü kimi təqdim edərək pul almasına dair məlumat yayılmışdı. Daha sonra həmin şəxs bu barədə Baş Prokurorluğa müraciət edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol