İsraildəki səfirliyimiz Azərbaycan vətəndaşlarına çağırış etdi

12:56 - 7 Oktyabr 2023 - GÜNDƏM

 İsraildəki səfirliyimiz Azərbaycan vətəndaşlarına çağırış etdi

Azərbaycanın İsraildəki səfirliyi Azərbaycan vətəndaşlarına çağırış edib.

BUTA.TV xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.

"Azərbaycan vətəndaşlarının nəzərinə İsrail Müdafiə Qüvvələri tərəfindən müharibə vəziyyəti elan edilib. Bununla əlaqədar Azərbaycan vətəndaşlarına ölkədaxili səfərlər etməməyi, təhlükəsizliyə riayət etməyi, ehtiyatlı olmağı, yerli dövlət qurumlarının verdiyi təlimatlara uyğun davranmağı tövsiyyə edirik",-paylaşımda qeyd edilib.

Azərbaycan Respublikasının İsrail Dövlətində Səfirliyinin fövqəladə hallar üçün əlaqə vasitəsi: +972 50 356 95 82

Bu xəbər hal-hazırda çox oxunur
Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol