Fələstin uzun müddətdir haqq-ədalət axtarışında olan bir ölkədir.
BUTA.TV xəbər verir ki, bunu Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu İsraildə baş verən gərginliklə bağlı danışarkən deyib.
“Biz hər zaman Fələstin xalqının yanındayıq. Ümumiyyətlə, heç vaxt müharibə olmasını istəmirik. Demokratik standartlar çərçivəsində beynəlxalq təşkilatlar səylə göstərərək həm sülhü təmin etməlidir, həm də Fələstin xalqının hüquqlarını qorumalıdır”, - partiya sədri bildirib.
Qeyd edək ki, bu gün İsrailin cənubunda, eləcə də Təl-Əviv ərazisində hava hücumu sirenləri səslənib. Səhər saatlarında Qəzza zolağından olan radikallar İsrail ərazisinə raket zərbələri endiriblər. Məlumata görə, Qəzza zolağından 20 dəqiqə ərzində İsrailə 5000 raket buraxılıb. Ölkədə hərbi vəziyyət elan edilib. Müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin hərbi xidmətə çağırılması barədə göstəriş verib.
- Beyləqanda silahlı insidentlə bağlı istintaq tamamlandı
- Şahin Şıxlinski ilə bağlı şok qərar
- “10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
- Şəhid övladları üçün “Zəfər” Amerika Yay Düşərgəsi keçirilir
- Bankdan 200 minlə çıxan şəxsin pulu ələ keçirildi - Anbaan video
- Tofiq Mirzəyev İsraildə dəfn edilib - Fotolar
- 21 yaşlı gənc suvarma hovuzunda boğuldu
- Bu imtahana giriş üçün 40 manat ödəyəcəksiniz