HƏMAS qruplaşmasının hücumu İsraili qəfil yaxalayıb. Halbuki hücumun miqyasından aydın görünür ki, Həmas və ona dəstək verən mərkəzlər aylardır hazırlaşırmışlar. Necə olub ki, İsrail kimi hərbiyə və təhlükəsizliyə əhəmiyyət verən dövlətin hücum haqqında əvvəlcədən kəşfiyyat məlumatı olmayıb?
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu HƏMAS-ın İsrailə bu gün genişmiqyaslı hücumu ilə bağlı qeyd edib. O bildirib ki, HƏMAS hücumda modern dronlardan istifadə edib, atdığı raketlər bir sıra hədəflərə dəyib, israilli general başda olmaqla xeyli israilli hərbçi əsir götürülüb:
“Bir sözlə, barıt çəlləyi partlayıb, bölgə bir müddət qaranlığa qərq olunacaq, müharibə ətraf ölkələrə də sıçraya bilər”.
Politoloqun fikrincə, İsrail etiraf etməsə də, bu ölkənin nüvə silahı var:
“İsrailin keçmiş baş naziri Qolda Meyerin belə bir məşhur kəlamı olub: “İsrailin nüvə silahı yoxdur, ancaq lazım gələrsə, nüvə silahından da istifadə edə bilərik”. Əlbəttə, İsrail əlində olan imkanlarla HƏMAS qruplaşmasının başlatdığı hücumu dəf edəcək. Ancaq əgər müharibənin gedişatı İsrailə əlavə problemlər yaradarsa və HƏMAS qruplaşmasına müxtəlif istiqamətlərdən dəstək artarsa, İsrail hökuməti savaşda əlində olan bütün mümkün alətlərdən istifadə etməyə çalışacaq. Belə görünür ki, təhlükəli gedişatı durdurmaq üçün işə Amerika Birləşmiş Ştatları qarışmalı olacaq”.
- Müavinət və təqaüd alanların nəzərinə!
- Ağalarovun şirkəti “Crocus City Hall”a görə 1,68 milyard - Tələb edir
- Dənizdə batan gəncin axtarışları davam etdirilir - Video
- Beyləqanda silahlı insidentlə bağlı istintaq tamamlandı
- Şahin Şıxlinski ilə bağlı şok qərar
- “10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
- Şəhid övladları üçün “Zəfər” Amerika Yay Düşərgəsi keçirilir
- Bankdan 200 minlə çıxan şəxsin pulu ələ keçirildi - Anbaan video