Putin prezidentləri yeni avtomobilində gəzdirdi - VİDEO

00:30 - 8 Oktyabr 2023 - GÜNDƏM

 Putin prezidentləri yeni avtomobilində gəzdirdi - VİDEO

Rusiya Prezidenti Vladimir Putin Moskva yaxınlığında Novo-Oreqovo iqamətgahında Özbəkistan və Qazaxıstandan olan həmkarlarını özünün “Aurus Komendant” yolsuzluq avtomobilində gəzdirib.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilib ki, Putin iqamətgahında əvvəlcə özbək lider Şövkət Mirziyayevi qarşılayıb, ona öz yeni avtomobilini nümayiş etdirib. Bundan sonra liderlər avtomobilə əyləşiblər. Avtomobili Kreml rəhbəri idarə edib. İqamətgaha qayıdan prezident Qazaxıstandan olan həmkarı Qasım-Jomart Tokayevi qarşılayıb və ona da avtomobilində dövrə vurmağı təkif edib.

Tokayev təkliflə razılaşıb və Putin yenidən sükan arxasına keçib.

Qeyd edək ki, Qazaxıstan və Özbəkistan liderləri Rusiyadan qaz nəqli ilə bağlı danışıqlar aparmaq üçün Putinin iqamətgahına gəliblər.

Bu xəbər hal-hazırda çox oxunur
Nazir Rus Evi ilə bağlı iddialara son qoydu


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol