Bayden Netanyahu ilə yenə danışdı, komandasına əmr verdi

22:42 - 8 Oktyabr 2023 - GÜNDƏM

 Bayden Netanyahu ilə yenə danışdı, komandasına əmr verdi

İsrail Baş naziri Benyamin Netanyahu və ABŞ Prezidenti Co Bayden arasında bir gün ərzində ikinci telefon danışığı baş tutub.

BUTA.TV xəbər verir ki, bu barədə "Tayms of İsrail" nəşri məlumat yayıb.

Netanyahunun ofisinin mətbuat xidmətindən verilən məlumata görə, Bayden İsrailə davamlı dəstəyini vurğulayıb.

Bildirilib ki, Bayden HƏMAS qruplaşmasının İsrailə hücumu ilə bağlı dünəndən bəri artıq iki bəyanat verib:

Bu xəbər hal-hazırda çox oxunur
Nazir Rus Evi ilə bağlı iddialara son qoydu

“Mən həmçinin İordaniya Kralı ilə əlaqə saxlamışam, Konqres üzvləri ilə danışmışam, milli təhlükəsizlik üzrə komandama israilli həmkarları ilə ordudan orduya, kəşfiyyatdan kəşfiyyata, siyasətdən siyasətə - İsrailin ehtiyac duyduğu hər şeyə sahib olduğundan əmin olmaq üçün göstəriş vermişəm.

Həmçinin komandama Misir, Türkiyə, Qətər, Səudiyyə Ərəbistanı, İordaniya, Oman, Birləşmiş Ərəb Əmirlikləri, eləcə də avropalı tərəfdaşlarımız və Fələstin muxtariyyəti də daxil olmaqla regionun liderləri ilə daimi əlaqə saxlamağı tapşırmışam".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol