Bakıda rəsm kursunda yeniyetmə qıza qarşı əxlaqsız hərəkətlər etmiş 73 yaşlı müəllim məsuliyyətə cəlb edilib.
BUTA.TV xəbər verir ki, barəsində Cinayət Məcəlləsinin 153.1-ci (16 yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər) maddəsi ilə iş açılan H.Tağıyevin (şərti) işi Nizami Rayon Məhkəməsinə göndərilib. Bildirilib ki, 8 il əvvəl təqaüdə çıxan H.Tağıyev həmin vaxtdan yaşadığı yerin yaxınlığındakı kurslardan birində rəsm müəllimi kimi işləyib.
Onun 2022-ci ildə 15 yaşlı şagirdinə qarşı müxtəlif əxlaqsız hərəkətlər etməsi barədə polisə müraciət daxil olub və barəsində cinayət işi açılıb.
Məhkəmə bir neçə gün əvvəl 73 yaşlı müəllimə hökm oxuyub. Ona qazancının 15%-i dövlət nəfinə tutulmaqla 2 il islah işləri cəzası verilib.
- "TuranBank"ın sədri IsDB-in toplantısında spiker qismində çıxış etdi
- Azərbaycanlı şahmatçı Maqnus Karlseni məğlub etdi - Video - Fotolar
- Geniş seçim: "Park Yasamal"da yeni mənzillər!
- "Azercell"in bu abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
- Növbəti 3 gün güclü külək əsəcək
- Azərbaycanda yumurta kəskin ucuzlaşdı - Səbəb
- Famil Xəlilovun qardaşı faciəvi şəkildə öldü
- Həftəsonunun havası ilə bağlı - Xəbərdarlıq