Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, gecə yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.
Gündüz yağıntıda fasilə olacaq. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 12-15° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85%, gündüz 50-60% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 12-16° isti, gündüz 16-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-9° isti olacaq.
- Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir
- Azərbaycanda zorakılığa məruz qalan kişilərin sayı...
- Lökbatanda tullantı sutəmizləyici qurğu tikilir - Video
- Müavinət və təqaüd alanların nəzərinə!
- Ağalarovun şirkəti “Crocus City Hall”a görə 1,68 milyard - Tələb edir
- Dənizdə batan gəncin axtarışları davam etdirilir - Video
- Beyləqanda silahlı insidentlə bağlı istintaq tamamlandı
- Şahin Şıxlinski ilə bağlı şok qərar