Sentyabrın sonunda neftin qiyməti 100 dollara yaxınlaşmışdı. Lakin sonradan korreksiya qiymətlərinin aşağı endiyinin şahidi olduq. Münaqişə olmasaydı belə, neftin qiymətində yenidən 90 dolların test olunacağı gözlənilirdi.
Bu sözləri BUTA.TV-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli İsrail-Fələstin toqquşması fonunda neftin bahalaşması haqda deyib. Cəfərlinin sözlərinə görə, neftin qiymətinin artma səbəbi tələb və təklif, istehsalın həcmi kimi fundamental faktorlardan qaynaqlanır:
“Bu parametrlərə görə neft bazarında çatışmazlıq var. Dünyanın gündəlik neft tələbatı təqribən 100 milyon, hasilatı isə 98 milyon barreldir. Onsuz da 2 milyon barrelə yaxın çatışmazlıq vardı və qiymətlərin artımı üçün yeni dalğa gözlənilirdi. İsrail və Fələstin arasında alovlanan münaqişənin neftin qiymətinə təsir etməsinin səbəblərindən biri neft hasil edən bəzi ölkələrə çox yaxın olmasıdır. Digəri isə bu məsələdə bəzi ölkələrin Fələstini dəstəkləməsidir ki, bu da başqa bir problem yarada bilər”.
İqtisadçının sözlərinə görə, korporativ və böyük şirkətlər 70-ci illərin ortalarında məhz İsrail-Fələstin qarşıdurmasından sonra ərəb və Qərb ölkələri arasında neftin hasilatı və satışı ilə bağlı problem yaşandığını və embarqolar tətbiq olunduğunu xatırlayır:
“Ozamanki göstəricilərə görə neftin qiyməti yüksək həddə çatmışdı. Həmin dövrün alıcılıq qabiliyyətini nəzərə alsaq, bu qiymət 40 dollardan çox artmışdı. Bugünkü 1 dolların alıcılıq qabiliyyəti ilə bu qiymət 200 dollardan yuxarıdır. Sanki treyderlər tarixi hadisələri yada salaraq qiymətin artacağı ehtimalı ilə daha çox neft fyuçerslərinin alınmasına başladılar. Bu da tələbi yüksəltdi. Tələb yüksələn kimi hasilat artmırsa, onda qiymət də yüksəlir. Əgər münaqişə uzun müddət davam edərsə, yaxın həftələrdə neftin qiymətinin yenidən 100 dollara çatmasını, hətta 100 dolları ötməsini görə bilərik”.
- Milyarderlər siyahısına Ələkbərov başçılıq edir
- Uşaqlıqda çoban olmuşam, məktəbə gedə bilmədim...
- Fransada siyasi rəqiblərə qarşı repressiya başladı
- Pezeşkianın Azərbaycana səfərinin vaxtı məlum oldu
- Çoban İsfəndiyar, əlaltı alimlər və anormal reaksiya
- Paşinyan ordunu silahlandırır, atəşkəsi pozur – Nə istəyir?
- İrəvandan azərbaycanlılara təbrik mesajı göndərən türkiyəli bloqerə cinayət işi açıldı
- Türkiyədə səs yazısı: Azərbaycanlıları kənddən çıxarmaq üçün…