Zəngəzur Dəhlizinin Azərbaycan hissəsi nə vaxt işə başlayır?

20:08 - 9 Oktyabr 2023 - GÜNDƏM

 Zəngəzur Dəhlizinin Azərbaycan hissəsi nə vaxt işə başlayır?

Zəngəzur Dəhlizinin Azərbaycan hissəsi 2024-cü ildən fəaliyyətə başlayacaq.

BUTA.TV xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin Kommunikasiya departamentinin rəhbəri Aybəniz İsmayılova deyib.

A.İsmayılovanın sözlərinə görə, artıq Füzuli-Ağbənd dəmiryolu xəttinin 60 %-dən çoxu hazırdır:

"3 ildən az bir müddətdə multimodal Zəngəzur dəhlizinin 110,4 kilometrlik birxətli dəmir yolu seqmentinin üçdə ikisindən çoxu artıq döşənib.

Bu xəbər hal-hazırda çox oxunur
Nazir Rus Evi ilə bağlı iddialara son qoydu

Dəhliz boyu 3 tunel, onlarla körpü və 9 dəmir yolu stansiyası tikiləcək. Türkiyə şirkətləri tərəfindən Həkəri çayı üzərindən 418 metrlik dəmir yolu körpüsünün tikintisi yaxın vaxtlarda işlək vəziyyətdə gətiriləcək".

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2021-ci ilin febralın 15-də Füzuliyə səfəri zamanı Horadiz-Ağbənd dəmir yolu xəttinin təməli qoyulub.

Ötən həftə Şərqi Zəngəzur dəhlizi adlandırılan, Araz çayının sol sahili boyu uzanıb Azərbaycanı Naxçıvanla birləşdirən nəqliyyat kommunikasiyalarının həyata keçirilməsi üçün Zəngilanda ilk təməlqoyma mərasimi keçirilib. İranın yollar və şəhərsalma naziri Mehrdad Bazrpaşın və Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin iştirak etdiyi mərasimdə Horadiz-Ağbənd dəmir yolunu və çoxzolaqlı avtomobil yolunu İrana birləşdirmək üçün Araz çayı üzərindən salınacaq yeni dəmir yol və avtomobil yolu körpüsünün təməli qoyulub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol