Çox şükür artıq Vətənimizdəyik, yəqin ki, orada keçirdiyimiz həyəcan uzun müddət canımızdan çıxmayacaq.
BUTA.TV xəbər verir ki, bunu İsraildən qayıdan müğənni Samirə Əfəndi jurnalistlərə açıqlamasında deyib.
Müğənninin sözlərinə görə, Təl-Əvivdə olan zaman diaspor və səfirlik nümayəndələri mütəmadi olaraq olaraq onlarla əlaqə saxlayıb:
"Hadisə baş verən gecə saat 5-də raket səsinə oyandıq. Şəhərdə həyəcan siqnalı səslənməyə başladı. Həmin an telefonlarımıza mesaj gəldi. Bizə 10 dəqiqə ərzində otelin zirzəmisinə düşməyimiz bildirildi. Azərbaycanın diaspor və səfirlik nümayəndələri bizimlə mütəmadi olaraq əlaqə saxlayırdı, maraqlanırdı, oteli tərk etməməyimiz deyilirdi. Çox çətin anlar yaşadıq. Amma çox şükür ki, artıq Vətəndəyik. Bizimlə maraqlanan hər kəsə təşəkkür edirəm".
Qeyd edək ki, azərbaycanlı müğənni Samirə Əfəndi ailə üzvləri və meneceri Aydan Topçubaşova ilə birlikdə İsraildə gedən hərbi əməliyyatlara görə Təl-Əviv şəhərində çətin vəziyyətdə qalmışdı.
- Bu avtobus marşrutları müsabiqəyə çıxarılır
- Bir daş təkcə qatarın şüşəsini sındırmır, həm də... - Video
- “AzerGold” Göygöldə yerli icmalarla növbəti görüş keçirdi
- Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir
- Azərbaycanda zorakılığa məruz qalan kişilərin sayı...
- Lökbatanda tullantı sutəmizləyici qurğu tikilir - Video
- Müavinət və təqaüd alanların nəzərinə!
- Ağalarovun şirkəti “Crocus City Hall”a görə 1,68 milyard - Tələb edir