İran açıq və aydın şəkildə HƏMAS-a maliyyə, hətta hər cür raket verdiyini təsdiqləyir. Digər tərəfdən, HƏMAS mətbuat konfranslarında qeyd olunan faktları açıq şəkildə bəyan edir.
Bu sözləri BUTA.TV-a güneyli siyasi şərhçi Rza Bəylər deyib. Politoloq bildirib ki, İranın HƏMAS-a hərtərəfli dəstəyi ona baha başa gələ bilər:
“Bu münaqişə baş verməsə belə İrana hərbi hücum üçün bəhanələr var. Biz hər ay İranın gizli hərbi mərkəzlərinə qarşı bir neçə raket və dron əməliyyatlarının şahidi oluruq. 10 gün əvvəl İsrail PUA-ları ölkə daxilində bir neçə hərbi mərkəz və raket anbarlarını məhv etdi. Lakin Tehran hökuməti bu məsələni ictimaiyyətə açıqlamır. Biz qarşıdakı günlərin hadisələrini gözləməliyik. Lakin İran bu münaqişədə HƏMAS-a dəstəyinə görə mütləq qarşılıq ödəyəcək. Təl-Əvivin İrana qarşı gələcək hücumlarını dəqiq müəyyən etmək mümkün deyil. İndi İsrailin strategiyası tamamilə bəllidir. O, İran coğrafiyası ətrafında və qonşuları arasında özünə çoxlu dostlar tapıb. Bu ölkələrin hər birinin İsraillə ortaq maraqları var”.
- Bakının iki rayonunda qaz kəsiləcək
- Bu avtobus marşrutları müsabiqəyə çıxarılır
- Bir daş təkcə qatarın şüşəsini sındırmır, həm də... - Video
- “AzerGold” Göygöldə yerli icmalarla növbəti görüş keçirdi
- Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir
- Azərbaycanda zorakılığa məruz qalan kişilərin sayı...
- Lökbatanda tullantı sutəmizləyici qurğu tikilir - Video
- Müavinət və təqaüd alanların nəzərinə!