Goranboyda evə girən oğrular ər və arvadı döyüb.
BUTA.TV xəbər verir ki, hadisə rayonun Qızılhacılı qəsəbəsində yerləşən fərdi evlərin birində baş verib. Xəsarət alan 1951-ci il təvəllüdlü Səməd Həmid oğlu Verdiyev və onun həyat yoldaşı, 1952-ci il təvəllüdlü Sədaqət Ədil qızı Verdiyeva xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti kafi qiymətləndirilir.
Zərərçəkmişlərin bildirdiyinə görə, onlar evlərinə daxil olan oğrular tərəfindən döyülüblər. Daha sonra naməlum şəxslər ev sahiblərinə məxsus pul və qızıl-zinət əşyalarını oğurlayıblar.
Faktla bağlı araşdırma aparılır.
- Sumqayıtda avtomobil təmiri sexi yandı - Video
- Naxçıvanda pensiyalar ödənildi
- Tarixi görüşün ildönümündə İlham Əliyevə zəng etdi
- Sabah 40 dərəcə isti olacaq
- Füzuli meydanına gedən yol vaxt açılacaq?
- Xanımının doğum günündə vəfat edibmiş...
- Pirşağıda batan 16 yaşlı oğlanın meyiti tapıldı
- Ağdaşda nişan münaqişəsi: polis araşdırma aparır