Qarabağdakı sülhməramlılar buna hazırdır - Lavrov

10:14 - 10 Oktyabr 2023 - GÜNDƏM

 Qarabağdakı sülhməramlılar buna hazırdır - Lavrov

Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti Cənubi Qafqazda dinc həyatın bərqərar olmasına öz töhfəsini verməyə hazırdır.

BUTA.TV xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “BMT Nizamnaməsinin prinsiplərinə tam riayət edilməsi və qarşılıqlı əlaqə beynəlxalq sülh və sabitliyin açarıdır” adlı məqaləsində yazıb.

Onun sözlərinə görə, ABŞ və AB-nin Azərbaycanla Ermənistan arasında münasibətlərə müdaxiləsi qeyri-sabitliyə səbəb olur.

“İndi geosiyasi ambisiyalarının qayğısına qalan Brüssel öz “vasitəçilik xidmətlərini” Azərbaycan və Ermənistana sırımaqla, Vaşinqtonla birgə Cənubi Qafqazda sabitliyin pozulmasına səbəb olur. İndi İrəvan və Bakı liderləri iki ölkənin suverenliyinin qarşılıqlı tanınması məsələsini həll etdikdən sonra dinc həyatın bərqərar olması və etimadı möhkəmləndirməyin vaxtı çatıb. Rusiya sülhməramlı kontingenti buna hər cür töhfə verməyə hazırdır”, - Lavrov bildirib.

Bu xəbər hal-hazırda çox oxunur
Nazir Rus Evi ilə bağlı iddialara son qoydu

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol