HƏMAS-ın İsrailə hücumu Rusiya Prezidenti Vladimir Putinin doğum gününə hədiyyə idi.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın “Politiko” nəşri yazıb. “Yaxın Şərqdə belə dağıdıcı təhlükəsizlik şoku Qərbin dəstəyini və diqqətini Ukraynadan yayındırmaq olan Rusiya prezidenti üçün çox güman ki, xoş sürpriz oldu. Bir çoxları üçün Putini Qərbin idarə edə bilməyəcəyi həddən artıq konfliktlərə səbəb olan dahi və ya kukla ustası kimi görmək cazibəlidir. Reallıqda isə Putin bütün bu böhranları başlamadı, amma indi odun üstünə yağ töküb öz xeyrinə istifadə etməkdən məmnundur. Xaosdan həzz alır”, - nəşr bildirib.
Qeyd edək ki, 7 oktyabrda HƏMAS-ın İsrailə kütləvi hücumunu Qiyamət müharibəsinin ildönümü ilə əlaqələndirirlər. Qiyamət savaşı (Yom Kippur müharibəsi) 1973-cü il 6 oktyabrda başlamış və 25 oktyabrda başa çatmışdı. İsrail təkbaşına Misir və Suriya ordularını geri oturtmağı bacarmış, hətta müharibəni bu ölkələrin ərazilərinə keçirmişdi.
7 oktyabr isə Rusiya Prezidenti Putinin ad günüdür.
- Mehriban Əliyeva "Sea Breeze"dən video paylaşdı
- Suriya Azərbaycandan kömək istəyir
- Rusiya “sülh göyərçini”nə dönüb: 3 vasitəçilik təklifi və imtina…
- Bu yollarda kanat yolunun tikintisinə 40 milyon ayrıldı
- Orduda hərbi xidmət keçən şəxslərə şad xəbər
- Prezident və ailəsinin "Sea Breeze" ziyarətindən - Video
- Müavinət və təqaüd alanlara xoş xəbər: Növbəti artım olacaq
- Sergey Narışkin Bakıya gəlib