“3 ay əvvəl bir cütlüyün məclisində iştirak etməklə bağlı dəvət gəldi. Sonra da toy sahibləri zəng vurub xəbər verdilər ki, toy olmayacaq, ailəmizdə rəhmətə gedən var. Bunlarda da belə səbəb gətirmək adət halını alıb. Demə, rəhmətə gedən yox imiş. Mənə sonradan xəbəb gəldi ki, bəy və gəlin “TikTok”da dalaşıb və nişanı geri qaytarıblar. Yəni cütlük orada tanış olub, orada da dalaşıb ayrılıblar”.
BUTA.TV Bizim.Media-ya istinadla xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə qonaq olduğu “İncə səhər” əyləncəli-musiqili verilişdə deyib. Sənətçi son günlər cəmiyyətin aktual məsələsi olan boşanmalardan söz açıb:
“Sosial şəbəkədə cütlüklər ailələrini dağıdırlar. Belə kiçik məsələlərə görə ailəni necə dağıtmaq olar? Mənə bu cür şeylər çatmır. Mən həyat yoldaşım Sevinc xanımla “TikTok”da tanış olmamışam. Hələ ki hər şey qaydasındadır. Olur da, hamının problemi olur. Bir də görürsən ki, dözülməz olur, kaprizlər olur. Bu ailədir! “TikTok”, “Instagram” deyil!
Əgər övladlar varsa, ikinci arxasıyca üçüncü məsuliyyət gəlir. Çünki hər övlad bir məsuliyyətdir. Sən artıq özünə yox, övladlarına məxsussan. Artıq bütün həyatını övladlarına həsr etməlisən. Çünki övladlar sənə dəvətnamə verməyib ki, məni dünyaya gətir. Ortada əziyyəti övladlar çəkir. “TikTok”da evlənib, “TikTok”da boşanacaqsınızsa, ümumiyyətlə evlənməyin. Deməli, siz ailə qurmağa hazır deyilsiniz”.
ATA TALAYIR, OĞUL XARİCƏ DAŞIYIR... – Azərbaycanda məmur övladları necə “uğurlu biznesmen” olurlar? - FOTOLAR
Müğənni ailələrin dağılmasında serialların da günahının olduğunu vurğulayıb:
“Seriallara baxıb boşananlar var. Arvad ərinə deyir ki, seriallardakı kimi sən mənə səhər-səhər “aşkım” demədin. Sən niyə demədin? Mən atamın evinə getdim”.
- Tanınmış şairlər məmurların önündə buna görə alçalır
- Epşteyn sənədlərində adı 4 dəfə çəkilən rayonumuz hansıdır?
- Leyla Əliyeva Əbu-Dabidə Zarqa Yaftalı ilə görüşdü
- Atasını öldürən 15 yaşlı qız ev dustaqlığına buraxıldı
- Kamran Əliyev yeni rəis təyin etdi
- Narkotik çəkib maşın sürən şəxs həbs edildi - Video
- Dəniz Əsədova hakim qarşısında - Foto
- Sabah 2 rayonda qaz olmayacaq