Sülhməramlıların Qarabağda 27 nömrəli postu bağlandı

20:54 - 10 Oktyabr 2023 - GÜNDƏM

 Sülhməramlıların Qarabağda 27 nömrəli postu bağlandı

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin Ağdərə rayonunda bir müşahidə məntəqəsi bağlanıb.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Son 24 saat ərzində müşahidə məntəqələrinin optimallaşdırılması ilə əlaqədar Ağdərə rayonunda 27 №-li post bağlanıb”, - məlumatda deyilir.

Qeyd edək ki, bundan öncə sülhməramlıların Şuşa, Ağdərə, Əsgəran və Xocavənddə postlarının bağlanması barədə rəsmi məlumat yayılmışdı.

Bu xəbər hal-hazırda çox oxunur
Nazir Rus Evi ilə bağlı iddialara son qoydu

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol