Paşinyan: Razılıq var, Əliyevlə görüşəcəyəm

23:28 - 10 Oktyabr 2023 - GÜNDƏM

 Paşinyan: Razılıq var, Əliyevlə görüşəcəyəm

Azərbaycan Prezidenti İlham Əliyevlə Brüsseldə görüşlə bağlı ilkin razılıq var.

BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan deyib. “Həm biz, həm də Azərbaycan tərəfi Brüsseldə görüşə hazır olduğumuzu bəyan etdik. Bu, tərəflərin sülhə doğru hərəkət etməsi anlamına gəlir. Bu, o deməkdir ki, 2-3 ay ərzində sülh sazişinin imzalanması 70 faizdir”, - deyə baş nazir bildirib.

Qeyd edək ki, AB Şurasının rəhbəri Şarl Mişel Azərbaycan və Ermənistan liderlərinin oktyabrın sonunda Brüsseldə üçtərəfli görüşdə iştiraka razılıq verdiyini açıqlayıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol