Tanınmış psixoloq Nizami Orucov Azərbaycanda fəaliyyət göstərən psixoloqların qəbul qiymətlərinin baha olması, bəzilərində hətta qiymətin 500 manatdan başlaması barədə narazılıqlara münasibət bildirib.
N.Orucov açıqlamasında deyib ki, istənilən psixoloq göstərdiyi xidmətlərin, qəbulunun qiymətlərini təyin etməkdə azad seçim haqqına malikdir. "Eləcə də istənilən sahənin professionalları, artıq ad-san qazanmış mütəxəssisləri qiymət formalaşdırarkən müəyyən amilləri özləri üçün əsas götürürlər. Öz üzərimdə misal çəkə bilərəm. Xaricdə təhsil, kitablara verilən pullar, ixtisasartırma kursları toplanmış bilik və təcrübələr - hamısı mənim qəbulumu olduqca dəyərli edir, eyni zamanda insanlara bahalı gəlir.
Çünki bu, olduqca böyük resurslar tələb edən ixtisasdır. Mənim sağlamlığımı, özümə dəyər verməyimi, problemləri həll etməyimi də bura əlavə etsək... Nə qədər çox problem həll etmişəmsə, deməli, bir o qədər uğurlu mütəxəssisəm. Əlbəttə ki, bütün bunlar qiymətləri formalaşdırır. O insanlar ki mənim, yaxud başqa psixoloqların qəbuluna ödəniş edə bilmirlər, onlar üçün dövlətin ödənişsiz psixoloji xidmətləri var. Fövqəladə Hallar Nazirliyinin, Səhiyyə Nazirinin də psixoloji xidmətləri mövcuddur. Onlara müraciət edə bilərlər..." - psixoloq deyib.
Qeyd: N.Orucovun qəbul qiyməti 500 AZN-dir.
- BMT Ağdamdakı mina partlayışını araşdıracaq
- Ermənistan sülh sazişinə bunu salmaq istəyirdi - Video
- Ştaynmayerin Azərbaycana səfəri başa çatdı
- İlham Əliyev və Ştaynmayer konsertdə iştirak etdi
- Ev sahibləri barışıq şərtini açıqladı: Bu məbləğ ödənilsə...
- Ştaynmayer İçərişəhərlə tanış oldu - Foto
- Ştaynmayer Ağ Şəhərdə - Foto
- Məhərrəmov torpağımda dəbdəbəli villa tikib - Polkovnik