Azərbaycan polisindən Xankəndinin erməni sakinlərinə jest

11:44 - 11 Oktyabr 2023 - GÜNDƏM

 Azərbaycan polisindən Xankəndinin erməni sakinlərinə jest

Azərbaycan polisi Qarabağda ermənilərin tərk etdiyi evləri qoruyur.

BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, bu haqda “İravunk” nəşri məlumat yayıb. Nəşr qeyd edir ki, ermənilər Ermənistana qayıtdıqdan sonra onların yaşadığı evlər Azərbaycan polisi tərəfindən mühafizə altına alınıb.

“Evlərdə əşyalara qədər heç nəyə toxunulmayıb. Azərbaycan polisi evlərin qapılarını bağlayıb və mühafizə altına alıb. Qarabağda qalan erməni sakinlər bildirirlər ki, Ermənistana gedən ermənilər geri qayıtmaq istəyərsə, çıxdıqları evlərində yaşaya bilmələri üçün hər cür şərait var”, - nəşr yazır.

Ermənilər tərəfindən etiraf edilən bu fakt Ermənistanın Azərbaycana qarşı “etnik təmizləmə”, “deportasiya” kimi iddialarını alt-üst edir.

Bu xəbər hal-hazırda çox oxunur
Nazir Rus Evi ilə bağlı iddialara son qoydu

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol