Xəbər verdiyimiz kimi, Nikol Paşinyan Azərbaycanın işğal altında saxlanılan 8 kəndi tələb etməsinə qarşılıq olaraq ölkəsinin İctimai Televiziyasına müsahibəsi zamanı Tavuş rayonunun Azərbaycanın “işğalı” altında olan kəndlərinin adlarını çəkib və onların geri qaytarılmasını istəyib.
BUTA.TV adı çəkilən kəndlərlə bağlı bir sıra tarixi faktları təqdim edir:
Berkaber - tarixi adı Bibişdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il fərmanı ilə adı dəyişdirilib. Hazırda İcevan rayonunun kəndidir.
Vazaşen – tarixi adı Lələkənddir. Gəncə quberniyasının Qazax qəzasının kəndi olub. Bir sıra tarixi mənbələrdə yaşayış məntəqəsinin İrəvan xanı Lələbəyə məxsus olması ilə bağlı məlumatlar var. Lələkəndin adı Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il fərmanı ilə dəyişdirilib. Hazırda İcevan rayonunun kəndidir.
Paravakar – tarixi adı Tatlı kəndidir. Qeyd edək ki, Ermənistan müharibə zamanı və atəşkəs dövründə davamlı şəkildə kənd istiqamətindən Ordumuzun Ağstafa rayonundakı mövqelərini atəşə tutub.
Artsvaşen – tarixi adı Başkənddir. Kənd hazırda Gədəbəy rayonunun ərazisidir. Buraya ermənilər ilk dəfə 1859-cu ildə köçürülməyə başlayıb. 1905-1906, 1918-1920-ci illərdə baş verən hadisələr zamanı azərbaycanlı əhali oradan zorla çıxarılıb. 1920-ci illərin əvvəllərində Ermənistana verilib. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25.01.1978-ci il fərmanı ilə adı dəyişdirilərək Artsvaşen (ermənicə Qartalkənd) olub. 6-8 avqust 1992-ci ildə Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində işğaldan azad edilib.
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?