HƏMAS İsraili Rusiya raketləri ilə vurur - Bild

13:24 - 11 Oktyabr 2023 - GÜNDƏM

 HƏMAS İsraili Rusiya raketləri ilə vurur - Bild

HƏMAS-ın əsas sponsorları Tehran və Dohadır.

BUTA.TV xəbər verir ki, bu sözləri “Bild”ə açıqlamasında Almaniyanın islamçılıq və terrorizmin maliyyələşdirilməsi üzrə aparıcı ekspertlərindən olan Rebekka Şönenbax deyib.

O bildirib ki, İran İslami-Cihad və HƏMAS kimi terror qruplaşmalarını dəstəkləyir və hər il onlara təxminən 100 milyon dollar verir:

“Qətərin isə bu qurumlara ayda 30 milyon dollara qədər pul köçürməsinə dair sübutlar da var”.

Bu xəbər hal-hazırda çox oxunur
Nazir Rus Evi ilə bağlı iddialara son qoydu

Şönenbaxın iddiasına görə, HƏMAS-ın üçüncü mühüm tərəfdaşı Rusiyadır:

“Rusiya İranı fəal şəkildə dəstəkləyir və diktaturaların qlobal cənubda demokratiyalara qarşı hərəkətinə yardım edir. Son illər Rusiya hökumətinin nümayəndələri ilə HƏMAS rəhbərliyi arasında bir neçə görüş keçirilib. Rusiya kölgədə böyük rol oynayır, həm İrana, həm də HƏMAS-a pul və silah verir”.

Ekspert Rusiya və İran raketlərinin Suriya ərazisindən fələstinli yaraqlılara çatdırılmasına da aydınlıq gətirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol