Qarabağ de-fakto və de-yure Azərbaycan ərazisidir

13:36 - 11 Oktyabr 2023 - GÜNDƏM

 Qarabağ de-fakto və de-yure Azərbaycan ərazisidir

Qarabağ de-fakto və de-yure Azərbaycanın ərazisidir.

BUTA.TV xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. O, Qarabağdakı Rusiya sülhməramlıları məsələsinin İrəvanla müzakirə olunmadığını söyləyib:

"Qarabağdakı Rusiya sülhməramlıları məsələsi İrəvanla müzakirə olunmayıb. Çünki de-fakto və de-yure bura Azərbaycanın ərazisidir".

Peskov vurğulayıb ki, Qarabağdakı Rusiya sülhməramlılarının sonrakı taleyi Azərbaycanla müzakirə olunacaq:

Bu xəbər hal-hazırda çox oxunur
Nazir Rus Evi ilə bağlı iddialara son qoydu

"Lakin Ermənistanla təmaslar davam edəcək", - deyə o qeyd edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol