Paşinyan MDB dövlət başçılarının Bişkekdə keçiriləcək görüşündə iştirak etməkdən imtina edib. Ermənistan xarici işlər naziri Araat Mirzoyan da Rusiyanın XİN rəhbərlərinin sammit çərçivəsində planlaşdırılan üçtərəfli görüşünə qatılmayacaq.
Ermənistan Rusiyanın vasitəçiliyindən mümkün qədər qaçır. Bunun nə qədər mümkün olacağını proseslərin inkişafı göstərəcək, lakin mövcud situasiyada Bakı və İrəvanın danışıqlarında platformaların seçimi ilə bağlı problemin yarandığı görünür.
Azərbayan Fransanın rəhbərliyi ələ almaq istədiyi Qərb masasına getmək istəmir: bu masada kommunikasiyanın açılması və sərhədin delimitasiyasına yanaşma Bakının gündəliyinə uyğun deyil; Şarl Mişelin Brüssel formatına qayıtmaq təklifi qəbul edilsə belə, prinsipial məsələlərdə razılaşmanın əldə edilcəyi gözləntisi azdır.
Ermənistanın Rusya masasına əyləşməsi kommunikasiya və sərhədin delimitasiyası məsələsində iddialarından əl çəkməsi ilə nəticələnə bilər, eyni zamanda, bu, İrəvan üzərindən bölgəyə daxil olan Qərbin dəstəyindən də məhrum olmaq riski yaradır.
Bu situasiyanın mənfi tərəfi sülh sazişinin arxa plana keçməsi, eskalasiya riskinin artmasıdır, hərçənd, müsbət tərəfi də diqqətdən yayınmır: tərəflərin bir araya gəlməsində Qərb və Rusiya masası problemlidirsə, o zaman üçüncü variat ön plana çıxacaq;
Gürcüstan Bakı və İrəvanın danışıqları üçün yeni platformaya çevrilə bilər. Əliyevin Tiflis səfəri və Gürcüstanda görüş təklifini irəli sürməsi də buna hesablanmışdı. Üçüncü tərəflərin – Qərb və Rusiyanın prosesdə iştirak etməməsi Tiflis platformasında Bakı və İrəvanın anlaşa bilməsi imkanlarını da artırır.
- Bu universitetə magistr qəbulu ləğv edildi
- Cəlilabadda park salırdılar, qədim dövrə aid əşyalar tapdılar - Foto
- Bakının iki rayonunda qaz kəsiləcək
- Bu avtobus marşrutları müsabiqəyə çıxarılır
- Bir daş təkcə qatarın şüşəsini sındırmır, həm də... - Video
- “AzerGold” Göygöldə yerli icmalarla növbəti görüş keçirdi
- Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir
- Azərbaycanda zorakılığa məruz qalan kişilərin sayı...