HƏMAS-ın İsrailə hücumundan 4 gün keçməsinə baxmayaraq, Rusiya Prezidenti hələ də İsrailin Baş nazirinə zəng etməyib, Kreml də bu ölkəyə başsağlığı verməyib.
BUTA.TV xəbər verir ki, bu barədə “Quardian” məlumat yayıb.
“Netanyahu uzun müddət özünü Putinin dostu kimi göstərib. İsrailin Baş naziri Rusiya Prezidentini intellektinə və yəhudi xalqına xüsusilə dost münasibətinə görə tərifləyib. Putin də özünü İsrail dövlətinin sadiq müttəfiqi kimi təqdim edim. Kremlin incə siyasəti sayəsində İsrail Rusiyaya qarşı sanksiyalarda iştirak etməyib.
Amma Moskvanın Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə bağlı mövqeyi iki ölkə arasında münasibətlərdə “böyük parçalanma”dan xəbər verir. Putin İsrailə hücumu pisləməyib”, - məlumatda deyilir.
- “Qarabağ” SSKA-ya qarşı - Canlı-Yenilənir
- Bu universitetə magistr qəbulu ləğv edildi
- Cəlilabadda park salırdılar, qədim dövrə aid əşyalar tapdılar - Foto
- Bakının iki rayonunda qaz kəsiləcək
- Bu avtobus marşrutları müsabiqəyə çıxarılır
- Bir daş təkcə qatarın şüşəsini sındırmır, həm də... - Video
- “AzerGold” Göygöldə yerli icmalarla növbəti görüş keçirdi
- Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir