"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşı Cavadov Səfər Azər oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Ukraynanın səlahiyyətli orqanları tərəfindən təmin edilib.
Bu barədə BUTA.TV-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Səfər Cavadovun xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.
Oktyabrın 12-də S.Cavadov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Ukraynadan ölkəmizə gətirilib.
- Taksidən pul və bank kartları oğurlayan şəxs saxlanıldı
- “Ganja Cup 2026” başa çatdı - Fotolar
- 4 azərbaycanlı cinayət başında yaxalandı
- Oğlu öldürülən ata qisas almağa çalışdı - 5 illik həbs edildi
- Sumqayıtda avtomobil təmiri sexi yandı - Video
- Naxçıvanda pensiyalar ödənildi
- Tarixi görüşün ildönümündə İlham Əliyevə zəng etdi
- Sabah 40 dərəcə isti olacaq