Müğənni Rəqsanə İsmayılovanın kiçik qızı Yağmur da müğənniliyə başlayacaq.
BUTA.TV xəbər verir ki, bu barədə o, “Elgizlə izlə” verilişinə müsahibəsində bildirib. Rəqsanə Yağmurun ilk klipini bu yaxınlarda çəkəcəyini açıqlayıb:
“Yağmurun ifası və seçdiyi musiqi janrı fərqlidir. Seçimi onun özünə buraxdım. Yağmur müğənni olmaq istədiyini söylədi. Ən çox atası Fazil Əmiraslanovla məsləhətləşdi. O da dedi ki, Yağmur müğənni kimi uğur qazana biləcək. Buna görə də ailəmizlə Yağmura bu yolda dəstək olmağa qərar verdik. İnşallah, bu həftə Yağmura yeni klip çəkəcəyik”.
Yağmur isə valideynlərinin ona maddi dəstək olduğunu deyib: “Mən Rəqsanə İsmayılovanın qızı kimi tanınmaqdan fəxr edirəm. Çünki anam olmasaydı, bu yerlərə və bu günə gəlib çıxmazdım. Anam da, atam da mənə həm maddi, həm də mənəvi dəstək olurlar. Onlara buna görə minnətdaram. İstədiyim yolu seçmişəm və bu yolu gedirəm. Xoşbəxtəm”.
- Niger parlamentinin sədri Bakıya gəldi
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - Anbaan video
- Prezident qəbul keçirdi - Fotolar
- Azərbaycandan Ermənistana 1000 ton yanacaq göndərildi
- Millinin forması geyindirilmiş ördək viral oldu - Fotolar
- Yuxarı Qarabağ kanalında batan kişinin meyiti tapıldı
- Regionlarda yağış, Bakıda güclü külək... - Faktiki hava