İsrailin Qəzza zolağındakı hərəkətləri özünümüdafiə çərçivəsindən kənara çıxır. Qəzzada son üç əməliyyat zamanı 12,5 min dinc fələstinli həlak olub, onlardan 2,5 mini uşaq olub.
BUTA.TV xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah Sisi ABŞ dövlət katibi Entoni Blinkenlə görüşündə deyib.
"İndi gördüyümüz cavab özünümüdafiədən kənara çıxır. Bu, görünməmiş böhrandır. Biz gərginliyi azaltmaq üçün çox çalışırıq. Döyüş əməliyyatlarının dayandırılması ilə bağlı qərarların qəbulunda gecikmə olarsa, bundan daha çox mülki vətəndaş əziyyət çəkəcək",- o bildirib.
- AB "Yelo Bank"a qarşı sanksiyanı ləğv etdi
- Cəbrayılda mina partladı - Xəsarət alan var
- “Qarabağ” SSKA-ya qarşı - Canlı-Yenilənir
- Bu universitetə magistr qəbulu ləğv edildi
- Cəlilabadda park salırdılar, qədim dövrə aid əşyalar tapdılar - Foto
- Bakının iki rayonunda qaz kəsiləcək
- Bu avtobus marşrutları müsabiqəyə çıxarılır
- Bir daş təkcə qatarın şüşəsini sındırmır, həm də... - Video