Bu ilin ilk 8 ayı ərzində Azərbaycan Fransaya 127 milyon 658 milyon dollar dəyərində məhsul ixrac edib.
BUTA.TV açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə Fransaya ixrac dəyər ifadəsində 2,7 dəfə artıb. Belə ki, ötən ilin ilk 8 ayında Azərbaycanın Fransaya ixracı 47 milyon 716 min dollar olub.
Qeyd edək ki, Fransaya ixracın 93%-ni xam neft təşkil edib. Bu ilin ilk 8 ayında Azərbaycan Fransaya 118,6 milyon dollar dəyərində 199 min ton neft satıb. Rəqəmlərdən də göründüyü kimi Azərbaycan neftin 1 barelini 82 dollara (1 ton – 596 dollar) satıb.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə Azərbaycan Fransaya 43,4 milyon dollar dəyərində 46,3 min ton neft satıb. Fransaya satılan neftin 1 barelinin orta qiyməti 128,5 dollar (1 ton – 938 dollar) olub.
Açıqlanan rəsmi məlumatlar göstərir ki, Fransaya ixrac olunan neftin həcmi son bir ildə 4,3 dəfə artıb. Satılan neftin 1 barelinin orta qiyməti isə 57% azalıb.
- Rövşən Pənahlı da işdən çıxarıldı
- Azərbaycanlı prezidentin oğlundan xalqa ümid mesajı
- Trenddən düşməyən “nihilist pinqvin”lə bağlı izah - Video
- Vahid Ələkbərovun sərvəti açıqlandı
- Azərbaycanda 67 yaşlı general özünə toy etdi
- Bitkoin kəskin ucuzlaşdı
- Prezidentlər Araz çayı üzərindəki körpüdən danışdılar
- Rüşvət, qanunsuz məscid, şişən ayaqlar - İcra başçısının işdən çıxarılmasının SENSASİON SƏBƏBLƏRİ