Oktyabrın 16-da saat 21 radələrində Gədəbəy rayonu Sarıhasanlı kəndində evlərin birindən polis əməkdaşlarına qarşı odlu silahla müqavimət göstərməyə cəhd edən şəxslər saxlanılıblar.
DİN-in mətbuat xidmətindən BUTA.TV-a abildirilib ki, əvvəllər məhkum olunan, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü (oğurluq) maddələri ilə axtarışda olan Hüseynov Nəsib Qayıb oğlu və onunla birlikdə olan, barəsində 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət icraatı olan 1976-cı il təvəllüdlü Cəfərov Elman Əvəz oğlu, əvvəllər məhkum olunmayan 1967-ci il təvəllüdlü Cəfərov Nəriman Ələsgər oğlu Gədəbəy RPŞ əməkdaşları tərəfindən saxlanılarkən odlu silahla müqavimət göstəriblər.
Polis əməkdaşlarının çevikliyi nəticəsində silahlı müqavimət cəhdinin qarşısı alınıb, N.Hüseynova tabel silahı tətbiq edilməklə onlar saxlanılıblar. Ayaq nahiyyəsindən xəsarət alan N.Hüseynova nəzarət qaydasında ilkin tibbi yardım göstərilməklə xəstəxanaya yerləşdirilib. Həyatına təhlükə yoxdur.
Hadisə yerindən cinayət aləti olan tüfəng götürülüb.
Araşdırma aparılır.
- Yağış yağacaq, temperatur 7 dərəcə enəcək – Xəbərdarlıq
- Azərbaycan və Türkiyə daha bir protokol imzaladı
- "TuranBank"ın sədri IsDB-in toplantısında spiker qismində çıxış etdi
- Azərbaycanlı şahmatçı Maqnus Karlseni məğlub etdi - Video - Fotolar
- Geniş seçim: "Park Yasamal"da yeni mənzillər!
- "Azercell"in bu abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
- Növbəti 3 gün güclü külək əsəcək
- Azərbaycanda yumurta kəskin ucuzlaşdı - Səbəb