Estoniya Türkiyədən təxminən 200 milyon avro dəyərində təkərli zirehli maşınlar alacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Estoniya Müdafiə Nazirliyi məlumat yayıb.
"Müdafiə Nazirliyi təxminən 220 ədəd təkərli zirehli texnikanın tədarükü üçün iki türk şirkəti ilə müqavilə imzalayacaq. Satınalmanın təxmini dəyəri təxminən 200 milyon avro təşkil edir", - məlumatda deyilir.
Qeyd olunur ki, ilk avtomobillər müqavilələr imzalandıqdan sonra bir il ərzində gələcək.
Müqavilələrin oktyabrın 18-də Tallinndə imzalanması planlaşdırılır.
- İş adamının mülklərinə qadağa qoyuldu - Siyahı
- AB "Yelo Bank"a qarşı sanksiyanı ləğv etdi
- Cəbrayılda mina partladı - Xəsarət alan var
- “Qarabağ” qolsuz bərabərliklə razılaşır - Video-Yenilənib
- Bu universitetə magistr qəbulu ləğv edildi
- Cəlilabadda park salırdılar, qədim dövrə aid əşyalar tapdılar - Foto
- Bakının iki rayonunda qaz kəsiləcək
- Bu avtobus marşrutları müsabiqəyə çıxarılır