Ermənistanın təhlükəsizlik üzrə müttəfiqləri açıq şəkildə ölkədə demokratik hökuməti devirməyə çağırdılar.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışında deyib.
“Ermənistanda demokratiya eyni ssenari üzrə ciddi zərbələr alıb və almaqda davam edir. Əvvəlcə xarici təcavüz, sonra Ermənistanın müttəfiqlərinin fəaliyyətsizliyi, daha sonra isə hərbi və ya humanitar vəziyyətdən istifadə edərək ölkədə hakimiyyəti devirmək cəhdləri gəlir. Qarabağdan 100 min erməni köçəndə təhlükəsizlik üzə müttəfiqlərimiz nəinki bizə kömək etdilər, əksinə, Ermənistanda hakimiyyətin dəyişməsi, demokratik rəhbərliyin devrilməsi ilə bağlı ictimai çağırışlar etdilər”, - Paşinyan bildirib.
Qeyd edək ki, Nikol Paşinyanın “müttəfiqlərimiz” deyə ümumiləşdirməsində Rusiyanı nəzərdə tutduğu ehtimal edilir.
- İş adamının mülklərinə qadağa qoyuldu - Siyahı
- AB "Yelo Bank"a qarşı sanksiyanı ləğv etdi
- Cəbrayılda mina partladı - Xəsarət alan var
- “Qarabağ” qolsuz bərabərliklə razılaşır - Video-Yenilənib
- Bu universitetə magistr qəbulu ləğv edildi
- Cəlilabadda park salırdılar, qədim dövrə aid əşyalar tapdılar - Foto
- Bakının iki rayonunda qaz kəsiləcək
- Bu avtobus marşrutları müsabiqəyə çıxarılır