Xocalı rayonunun Meşəli kəndində soyqırım törətməkdə ittiham olunanlardan biri - Vaqif Xaçatryanın Bakı Hərbi Məhkəməsində baş tutan növbəti məhkəmə prosesində zərərçəkmiş Şamil Kazımov ifadə verib.
BUTA.TV xəbər verir ki, o, Vaqifi yaxşı tanıdığını bildirib.
“O da məni yaxşı tanıyır. Atamın çayxanası var idi. Sizin içinizə sızmışdım, dilinizi də yaxşı bilirəm. Vaqif qardaşı ilə bizim evdə neçə dəfə yemək yeyib. Bir yerdə çörək kəsmişik. 7 nəfərdən ibarət dəstə idi. Kəndi çox yaxşı tanıyırdılar.
Bu adamlar hamısı bizim evdə olublar. Kənddə kim yaxşı atıcıdırsa, birinci onları öldürdülər. Bütün olanlar əvvəlcədən planlanmışdı. Hər kənddən 20-25 şəhid verildi. Gecə 4-dən sonra film gətirirdilər, türklərə qarşı təbliğat aparırdılar. Bir gün gedib gizli baxdım, başıma hava gəldi ki, bu nə kinodur? Güclü hazırlıq və təbliğat gedirdi”, - o bildirib.
- "TuranBank"ın sədri IsDB-in toplantısında spiker qismində çıxış etdi
- Azərbaycanlı şahmatçı Maqnus Karlseni məğlub etdi - Video - Fotolar
- Geniş seçim: "Park Yasamal"da yeni mənzillər!
- "Azercell"in bu abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
- Növbəti 3 gün güclü külək əsəcək
- Azərbaycanda yumurta kəskin ucuzlaşdı - Səbəb
- Famil Xəlilovun qardaşı faciəvi şəkildə öldü
- Həftəsonunun havası ilə bağlı - Xəbərdarlıq