Meşəli qırğınının səbəbkarlarından olan Vaqif Xaçatryanın məhkəmə prosesində ən qabarıq görünən fakt bilirsinizmi nədir?
Vaqif Xaçatryan demək olar ki, bütün şahidləri, məhkəmədə ifadə verənləri, Meşəli kəndinin sakinlərini tanıyır. Həm də necə: adlarına, nəsil-nəcabətinə, qohum-əqrabalarına qədər.
Vaqif ona qarşı ifadə verənlərlə təmiz azərbaycanca danışır – birinin atasının dostu, digərinin ocağında dəfələrlə çörək kəsdiyini deyir, biri ilə özü, başqası ilə qardaşı kirvədir...
Dəhşət budur: Vaqif bu kəndin əzizi imiş, hər evə giribmiş, hər evdə çörək kəsibmiş, hamı ilə əladan əla münasibəti varmış, kirvəliyə qədər dostluq-qardaşlığı olubmuş. Və...
Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
Gün gəldi ki, bax, məhz bu Vaqif Xaçatryan - meşəlilərin dostu Meşəliyə qatil kimi girdi; məhz onun sayəsində atıb-tutan, dəqiq nişan alan ovçuları-igidləri dərhal güllələyib öldürdülər – çünki Vaqif onları yaxşı tanıyırdı; məhz Vaqif Xaçatryan çörək kəsdiyi kişilərin qətlə yetirilməsi planının baş icraçısı oldu...
İndi, məhkəmədə, “qadan alım-qurban olum”la danışır, köhnə dostluqları yada salır; qətliamda əli olduğunu birmənalı təkzib edir – baxmayaraq ki, təkzibedilməz sübutlar, fotolar, onlarla şahid var.
Qətldə iştirakını təkzib etsə də, azərbaycanlılara qarşı “hərbi səfərbər” olunduğunu etiraf edir, “postlarda durduğunu” təsdiqləyir. Yaxşı, azərbaycanlılarla dostluq-qardaşlıq-kirvəliyin vardısa, azərbaycanlıların evində tonlarla çörək kəsmişdinsə, bu qırğınlarda, qətliamlarda nə etdin? Bunun qarşısını almaq üçün hansı addımı atdın? Onlarla şahidin bircəciyi varmı ki, onu xilas etmisən? Evində çörək kəsdiklərindən heç olmasa, bircəciyini o od-alovun, qətliamın içindən çıxarmısanmı? Öz etirafına görə, silah alıb posta çıxmaqdan və yaxud sürücü kimi erməni terrorçulara xidmət göstərməkdən başqa nə etmisən?
Erməni xisləti, erməni mahiyyəti, erməni düşüncəsi budur: illərlə içində gəzər, çörəyini yeyər, evinə girər, kirvən olar, qardaşına çevrilər, doğmana belə etibar etmədiyin sirrini alar, amma ilk fürsətdəcə əfi ilana çevrilib səni sancar; əlinə imkan düşən kimi birinci elə evində çörək kəsdiyi türkün başını kəsər – həm də acımadan, rəhm etmədən, qəddarcasına. Yəni təkcə öldürməz, həm də işgəncə verər və türkün-azərbaycanlının iztirabla ölməsindən həzz alar.
Bu gün Bakı məhkəməsində “qadan alım”larla göz yaşı töküb, çörəyini yediyi azərbaycanlılardan kömək istəyən Vaqif Xaçatryan ilk fürsətdəcə Meşəlidə vaxtilə əlindən xilas olmağı bacaran o şahidləri tikə-tikə doğramağa hazırdır.
Əsl ermənidir, əsl erməni xarakteridir və bunu azərbaycanlılar yaddaşına birdəfəlik həkk etməlidir: bu gün bəzi ermənilər qonşuluqdan, dinc yanaşı yaşamaqdan danışır! İnanın və əmin olun, ümidləri hər yerdən kəsildikcə bütün ermənilər, bütün Ermənistan türkə qardaş olmalarından, azərbaycanlıları dəhşətli dərəcədə sevmələrindən bəhs edəcək – çünki güclüyük, birik, böyükük, qalibik!
Amma xırdaca bir imkan əllərinə düşsə - məsələn, əlində avtomat olsa və qarşısında yalnız azərbaycanlı qadın-uşaq və yaxud müqavimət göstərmə fürsəti olmayan gənc görsə, anında sifəti dönəcək, dərhal qatilə çevriləcək.
Tarixən belə olub – bax, bu sifətlə, Azərbaycan dilində “şip-şirin” ləhcəli danışıqları ilə yurdumuza, torpağımıza, kəndimizə, evimizə, qəlbimizə yol tapıblar, çörəyimizi yeyiblər, kirvəlik ediblər, sonra da kürəyimizə bıçaq saplayıblar, bizi balta ilə tikə-tikə doğrayıb, qətlə yetiriblər, bir anda qatil sifətlərini və kimliklərini ortaya qoyublar.
Mahiyyətləri budur – yaltaq, yalaq, xain, qəddar, qaniçən, terrorçu; Puşkin nahaq yerə demirdi ki, sən oğrusan, sən köləsən, sən ermənisən...
Erməni bu deməkdir – uzaq gəzin, yaxın buraxmayın, onlarla münasibətlərdə “çomağı” – Dəmir Yumruğu əsla və əsla başlarının üstündən əskik etməyin.
Bəsdir 1905-ci il faciəsini unutduğumuz!
Bəsdir 1918-ci il qətliamlarını yaddan çıxardığımız!
Bəsdir 4 dəfə bizi döyüb-qırıb yerimizdən köçə məcbur etmələrini bağışladığımız!
Milləti yaşadan tarixidir, yaddaşıdır.
Yaddaşsızlıq manqurtluğa, məhvə gətirib çıxarır.
Yaddaşınızda saxlayın: bir daha, bir daha və əsla erməniləri dost gözündə, kirvə gözündə görməyin!
Erməni nəvazişinə aldanıb, “bu, o qatil ermənilərdən deyil” düşüncəsinə uymayın.
Bütün ermənilər qəsdimizə durub, onları uşaqlıqdan bu cür yetişdiriblər, türkə qarşı nifrət bunların qanındadır. Qanla girən isə yalnız sümüklə çıxır.
Onların hər birinin bizə qarşı nifrəti canlarından yalnız ətləri sümüklərindən ayrılanda – torpaq altında çürüyəndə çıxır.
Heç zaman bunu unutmayın!
- Taksist qonağı hava limanından 139 manata gətirdi - DİN işə qarışdı
- Bakıda COP29 keçirilir, buna görə də… - Paşinyan
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi