Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
“BUTA.TV” xəbər verir ki, “Fransadakı ünsürlər Cənubi Qafqazın daim qan içində olmasına çalışırlar” adlı süjetdə fransızları və erməniləri bir çox hallarda müxtəlif sahələrin reallıqdan uzaq, dar dünya görüşlü, ədalətsiz nümayəndələrinin təmsil etdiyi, belə “ictimai”, “siyasi” “xadimlər” ermənilərlə azərbaycanlılar arasında düşmənlik toxumu səpmələrindən bəhs olunur.
Bildirilir ki, indiki Ermənistandan etnik təmizləmə nəticəsində qovulmuş azərbaycanlıların doğma yurda qayıdışını Azərbaycan “Böyük Qayıdış” adlandırır: “Ancaq “Böyük Qayıdış”a qarşı Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinə iddiasını təqdim edən Fransanın Leuven Universitetinin professoru Pyer d-Arjan (Pierre d'Argent) bunu “Azərbaycanın irqçi layihəsi” adlandırıb. Bu dırnaqarası professor məqaləsində reallıqdan kənar iddialarla çıxış edir, Qarabağdakı ermənilərin Azərbaycanı könüllü tərk etdiklərinə şübhə ilə yanaşır”.
Fransalı professorun diqqətinə çatdırılır ki, 1886-cı ildən 1988-ci ilə, yəni 102 il sonraya baxış etsə, mənzərə daha aydın olar:
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
“Bu tarixdə 300 minə yaxın Qərbi azərbaycanlı öz torpaqlarından zor gücünə qovulub, Ermənistan vətəndaşlıqları məcburi olaraq əllərindən alınıb. Qərbi azərbaycanlılara indiyədək Ermənistanın heç bir dövlət rəsmisi “gəlin, Ermənistan cəmiyyətinə inteqrasiya olun” deməyib. Azərbaycan Prezidenti isə Qarabağın erməni sakinlərinə Azərbaycan cəmiyyətinə inteqrasiya olunmağa, Konstitusiyanın verdiyi hüquqlardan yaralanmağa çağırıb. Bu baxımdan indiki Ermənistandan qovulan Qərbi azərbaycanlılar erməni irqçiliyinin qurbanı olub. Onlar Ermənistanın vətəndaşlığından məhrum olublar. Onların mülkiyyəti talan olub, Ermənistanda qalıb”.
Süjetdə həmçinin ermənilərin şovinist yazıçısı Zori Balayanın İrəvanın erməni əhalisi başqa yerlərdən gəlmə olması fikrinə də yer verilir.
Sonda vurğulanır ki, Dağlıq Qarabağ xalqının etnik təmizləməyə məruz qalması ilə bağlı faktlar ortaya qoyulur:
“Azərbaycan mövcud vəziyyəti davam etdirmək üçün əlindən gələni edir, yəni etnik təmizləmə planlarını gücləndirməyə çalışır. Pyer d-Arjan kimi savadsız, qərəzli bir “professorun” erməniləri təmsil etməsi, bu etnik qruoun ziyanına olar. Çünki erməni elm adamları və onun Pyer kimi havadarlarının saxtakarlıqları daha çox ifşa olunar. Necə deyərlər: “Taylı-tayın tapmazsa günü ah-vayla keçər”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində:
- İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar
- ABŞ iqlim maliyyələşməsindən yayınır - Edou
- Prezidentdən qərar: Bu agentlik ləğv olunur
- Berbok Bakıda, görün, nələrlə məşuldur – İnanılmaz
- Milli Məclisdən Paşinyana cavab: Bu, ərazi iddiasıdır!
- COP29-da mühüm razılıq əldə olundu
- 70 kq qızılla saxlanılan diplomatın kimliyi bilindi
- Taksist qonağı hava limanından 139 manata gətirdi - DİN işə qarışdı