Dünən Bakıda gəlinini güllələyərək qətlə yetirən 88 yaşlı Yaşar Dadaşov xəstəxanada dünyasını dəyişib.
“BUTA.TV”nin xəbər verir ki, 57 yaşlı Gülnarə Dadaşovanı qətlə yetirdikdən sonra sirkə turşusu içən Y.Dadaşov bu gün yerləşdirildiyi xəstəxanada vəfat edib. Əldə etdiyimiz digər məlumata görə, Yaşar Dadaşov tanınmış şəxsdir. O, Azərbaycanın məşhur dənizçilərindən biridir və 2003-cü ildə “Şöhrət” ordeni ilə təltif edilib.
Belə ki, 1935-ci ildə Bakıda anadan olan Y.Dadaşov 1951-ci ildə Qafur Məmmədov adına Bakı Dənizçilik Məktəbinə daxil olub. 1955-ci ildən dənizçilik fəaliyyətinə başlayan Yaşar Dadaşov gəmi kapitanı kimi uzun illər xarici sularda üzüb.
O, bir çox orden və medallara layiq görülübmüş.
Qeyd edək ki, Y.Dadaşov hadisədən sonra gəlinini ailə münaqişəsi zəmnində qətlə yetirdiyini bildirib.
O, gəlininin ona yaxşı baxmadığını, evdə yaşamasını istəmədiyini deyib. Həmçinin oğlunun ailəsinin onu öldürmək niyyətindən şübhələndiyini düşünüb. Bundan sonra 88 yaşlı kişi gəlinini qətlə yetirmək niyyətinə düşüb və oktyabrın 19-da səhər saatlarında qadını tüfənglə güllələyərək qətlə yetirib.
Bundan sonra Yaşar Dadaşov sirkə turşusu içərək intihara cəhd edib. Faktla bağlı başlanmış cinayət işi üzrə araşdırmalar davam etdirilir.

- "TuranBank"ın sədri IsDB-in toplantısında spiker qismində çıxış etdi
- Azərbaycanlı şahmatçı Maqnus Karlseni məğlub etdi - Video - Fotolar
- Geniş seçim: "Park Yasamal"da yeni mənzillər!
- "Azercell"in bu abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
- Növbəti 3 gün güclü külək əsəcək
- Azərbaycanda yumurta kəskin ucuzlaşdı - Səbəb
- Famil Xəlilovun qardaşı faciəvi şəkildə öldü
- Həftəsonunun havası ilə bağlı - Xəbərdarlıq