“Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanun layihəsi vətəndaşlara eyni əmlakı girov qoymaqla banklardan daha böyük məbləğdə kredit götürmək imkanı verəcək.
“BUTA.TV” Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Deputat bildirib ki, yeni qanun layihəsi əmlakın daha dəqiq, ölçülə bilən və bəlli meyarlar əsasında qiymətləndirilməsinə imkan yaradacaq.
“Bu baxımdan gözləntilər həm də ondan ibarətdir ki, yeni qanun layihəsi bankların girov kimi cəlb etdiyi əmlakın da doğru qiymətləndirilməsinə gətirib çıxaracaq. Nəzərə almaq lazımdır ki, əvvəlki dövrdə bir sıra banklar tərəfindən əmlakın daha ucuz qiymətləndirilməsi həyata keçirilirdi və nəticədə, verilən kreditin həcmi qiymətləndirilmiş əmlakın dəyərinə uyğun olaraq müəyyənləşdirilirdi.
Bu baxımdan, yeni qiymətləndirmə qaydaları həm də vətəndaşlarımıza eyni əmlakı girov qoymaqla daha çox kredit almaq imkanı verəcək. Bu baxımdan gözlənilir ki, vətəndaşların götürdüyü kreditlərin həcmində artım olsun”, - deyə deputat əlavə edib.
Qeyd edək ki, qanun layihəsi oktyabrın 6-da Milli Məclisin plenar iclasında birinci oxunuşda qəbul edilib. Bu qanun Azərbaycan Respublikasında əmlakın qiymətləndirilməsi fəaliyyətinin ümumi prinsiplərini müəyyən edir, habelə bununla bağlı yaranan təşkilati, iqtisadi və hüquqi münasibətləri tənzimləyir.
- Milyarderlər siyahısına Ələkbərov başçılıq edir
- Uşaqlıqda çoban olmuşam, məktəbə gedə bilmədim...
- Fransada siyasi rəqiblərə qarşı repressiya başladı
- Pezeşkianın Azərbaycana səfərinin vaxtı məlum oldu
- Çoban İsfəndiyar, əlaltı alimlər və anormal reaksiya
- Paşinyan ordunu silahlandırır, atəşkəsi pozur – Nə istəyir?
- İrəvandan azərbaycanlılara təbrik mesajı göndərən türkiyəli bloqerə cinayət işi açıldı
- Türkiyədə səs yazısı: Azərbaycanlıları kənddən çıxarmaq üçün…