Türkiyəli məşhur model Burcu Esmersoy sosial mediada tənqid edilib.
BUTA.TV xarici mətbuata istinadən xəbər verir ki, İsrail və Fələstin arasında baş vermiş münaqişədə Burcu Esmersoyun "İsrailin yanındayam" yazılan paylaşımı bəyənməsi insanlar tərəfindən böyük reaksiyaya səbəb olub. Məşhur model bu hadisə ilə bağlı sosial media səhifəsində açıqlama verib:
"Mən hər gün bu dəhşətli qırğına, o cümlədən Qəzzada Əl-Əhli xəstəxanasına baş verən, təxminən 500 mülki şəxsin həyatını itirdiyi və yüzlərlə insanın yaralandığı hücuma, bu böyük zülmə bacardığım qədər reaksiya verirəm. Təxmin etdiyiniz kimi, sosial media hesablarıma məndən başqa işçilərimin də girişi var. Mən bunu kimin törətdiyini öyrənməyə çalışıram".
- Tanınmış şairlər məmurların önündə buna görə alçalır
- Epşteyn sənədlərində adı 4 dəfə çəkilən rayonumuz hansıdır?
- Leyla Əliyeva Əbu-Dabidə Zarqa Yaftalı ilə görüşdü
- Atasını öldürən 15 yaşlı qız ev dustaqlığına buraxıldı
- Kamran Əliyev yeni rəis təyin etdi
- Narkotik çəkib maşın sürən şəxs həbs edildi - Video
- Dəniz Əsədova hakim qarşısında - Foto
- Sabah 2 rayonda qaz olmayacaq