Tanınmış modelyer Elnarə Bəkirovanın atasını qətlə yetirməkdə təqsirləndirilən Mustafa Zeynalov və Namiq Əliyev millət vəkili Elnur Allahverdiyevin qohumlarıdır.
BUTA.TV news24-ə istinadla xəbər verir ki, bu barədə E.Bəkirova məlumat verib O bildirib ki, atasını qətlə yetirən Mustafa Zeynalov "Kontakt Home"un baş direktoru, millət vəkili Elnur Allahverdiyevin dayısıdır. Zərərçəkmiş qeyd edib ki, qətldə təqsirləndirilən digər şəxs Namiq Əliyev isə Elnur Allahverdiyevin digər dayısının kürəkənidir.
Qeyd edək ki, E.Bəkirovanın atası Kamran Bəkirov bu ilin aprel ayında üzərində 300 min manatla itkin düşüb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində K.Bəkirovun Mustafa Zeynalov və Namiq Əliyev tərəfindən qətlə yetirildiyi məlum olub.
- Hava xəbərdarlığı: 41 dərəcə isti olacaq!
- Taksidən pul və bank kartları oğurlayan şəxs saxlanıldı
- “Ganja Cup 2026” başa çatdı - Fotolar
- 4 azərbaycanlı cinayət başında yaxalandı
- Oğlu öldürülən ata qisas almağa çalışdı - 5 illik həbs edildi
- Sumqayıtda avtomobil təmiri sexi yandı - Video
- Naxçıvanda pensiyalar ödənildi
- Tarixi görüşün ildönümündə İlham Əliyevə zəng etdi