Fransa və Ermənistan müdafiə nazirlərinin imzaladığı hərbi sazişin detalları məlum olub.
BUTA.TV xəbər verir ki, Fransa Ermənistana hərbi texnika, o cümlədən radar sistemləri və hava hücumundan müdafiə sistemləri satdığını elan edib. Fransanın müdafiə naziri Sebastyan Lekornu bildirib ki, bu texnika “müdafiə xarakteri daşıyır” və yalnız “Ermənistan ərazisinə təcavüzə” cavab olaraq istifadə edilə bilər.
“Ermənistan Fransanın “Thales” müdafiə qrupundan üç “Ground Master 200” (GM200) radar sistemi alacaq. Artıq Ukraynada istifadə olunan bu sistem yaxşı aşkarlama imkanları ilə tanınır”, - Lekornu Ermənistanın müdafiə naziri Suren Papikyanla birgə keçirdiyi mətbuat konfransında deyib.
Nazirlər, həmçinin, “Thales” və Avropanın raket istehsalçısı MBDA şirkətlərinin iştirakı ilə Ermənistanın hava hücumundan müdafiə sistemləri almasına dair niyyət protokolu imzalayıblar.
- Xocavənddə ANAMA əməkdaşı minaya düşdü
- Sabahdan tələbələr kredit üçün müraciət edə biləcəklər
- Tovuzda ağır qəza: azyaşlı yaralandı
- Şəkidə kişini elektrik cərəyanı vuraraq öldürdü
- MN həftəlik icmalını təqdim etdi - Video
- Kəlbəcərdə dərədə köməksiz qalan kişi xilas edildi
- Elvinin öldüyü qətlin detalları - Atası anasını bıçaqlamaq istəyirmiş
- Abşeron çimərliklərində gözlənilən hava şəraiti