Politoloq Nəzakət Məmmədova açıq şəkildə Rusiyanın tərəfini tuturdu. Adətən casusluq gizli, konspirativ fəaliyyətdir. Bu baxımdan da Məmmədovanın həbsi ilə bağlı rəylər birmənalı deyil. Əsas arqument budur ki, casuslar işini gizli, əlaltından görür. Nəzakət Məmmədovanın qeyri-ciddi, qeyri-stabil obrazının olduğu bildirilir. Maraqlıdır, politoloq dövlətin hansı strateji məlumatlarını Rusiyaya sata bilər, ya da indiyə o, dövlət əleyhinə hansı fəaliyyəti göstərib?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Adil Qeybulla deyib ki, hər hansı bir ölkəyə qarşı casusluq fəaliyyəti çox ciddi bir ittihamdır.
O bildirib ki, əslində, casusluq dövləti bir cinayət kateqoriyasına aiddir:
“Digər tərəfdən də, həmin şəxs haqqında verilən informasiyalar istintaq sirridir. Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) qərarı müəyyən faktlara söykənir. Məncə, biz bəzi şeyləri öncədən təxmin edə bilərik, amma son qərar hər halda istintaq zamanı müəyyən ediləcək. Bəzi məsələlər var ki, onların tam bəyan edilməsi, açılması, içtimaiyələşməsi mümkün olmur. Onun görə də, hesab edirəm ki, ortada hansısa faktlar olub və bu faktlar əsasında ona həbs qətimkan tədbiri seçilib”.
A.Qeybulla deyib ki, ümumiyyətlə, vətənlə, ölkənin taleyi ilə bağlı atılan addımlara qarşı cəzalar və münasibət hər zaman sərt olmalıdır:
“Azərbaycanın düşmən dövlətlər əhatəsində olduğu bir dövrdə, indiki həssas məqamda sərt olmaq xüsusilə vacibdir. Mütləq ki, hər şey diqqətdə saxlanılmalıdır. Hər halda, dövlətin hüquq mühafizə organları bu qərarı verərkən konkret faktlara istinad ediblər. Müəyyən məsələlər də istintaq sirri olduğundan faktların sübut edilməsi, aydınlaşdırılması üçün zaman lazım olduğundan, hazırda bəzi şeyləri yalnız təxmin etmək olar”.
- "TuranBank"ın sədri IsDB-in toplantısında spiker qismində çıxış etdi
- Azərbaycanlı şahmatçı Maqnus Karlseni məğlub etdi - Video - Fotolar
- Geniş seçim: "Park Yasamal"da yeni mənzillər!
- "Azercell"in bu abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
- Növbəti 3 gün güclü külək əsəcək
- Azərbaycanda yumurta kəskin ucuzlaşdı - Səbəb
- Famil Xəlilovun qardaşı faciəvi şəkildə öldü
- Həftəsonunun havası ilə bağlı - Xəbərdarlıq