Britaniya hakimiyyəti Qəzza zolağında “Əl-Əhli” xəstəxanasına edilən hücumun arxasında İsrail hərbçilərinin olduğuna inanmır.
BUTA.TV xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Baş naziri Rişi Sunak deyib.
Onun sözlərinə görə, bina anklavdan atılan raketlə vurulub:
"Mütəxəssislərimizin dərin biliyi və təhlili əsasında Britaniya hökuməti belə qənaətə gəlir ki, partlayış böyük ehtimalla Qəzza zolağından İsrailə doğru atılan raket və ya raketin bir hissəsi tərəfindən törədilib”.
Qeyd edək ki, 17 oktyabrda "Əl-Əhli" xəstəxanasına endirilən raket zərbəsi nəticəsində yüzlərlə insan ölüb.
- Xocavənddə ANAMA əməkdaşı minaya düşdü
- Sabahdan tələbələr kredit üçün müraciət edə biləcəklər
- Tovuzda ağır qəza: azyaşlı yaralandı
- Şəkidə kişini elektrik cərəyanı vuraraq öldürdü
- MN həftəlik icmalını təqdim etdi - Video
- Kəlbəcərdə dərədə köməksiz qalan kişi xilas edildi
- Elvinin öldüyü qətlin detalları - Atası anasını bıçaqlamaq istəyirmiş
- Abşeron çimərliklərində gözlənilən hava şəraiti