Neyroloq Emili MakDonald beynin gün ərzində məhsuldar işləməsinə mane olan və erkən qocalmağa səbəb olan gündəlik üç pis vərdişi sadalayıb.
MacDonald beyni dağıdan ilk vərdişi oyandıqdan dərhal sonra telefonunu yoxlamaq adlandırıb.
"Siz oyandığınız zaman beyin ümumi zehni koordinasiya, sakitlik, ayıqlıq və öyrənməyə kömək edən alfa dalğaları istehsal etməyə başlayır. Bu anda insan hər hansı bir məlumatı xüsusilə qəbul edir, ona görə də yuxudan sonra xəbərləri oxumaq və ya sosial şəbəkələrdə vərəqləmək tövsiyə edilmir. Bu, gün ərzində dopamin səviyyəsini aşağı salır, buna görə də biz telefonlarımızı təkrar-təkrar yoxlamağa davam edirik", - deyə McDonald bildirib.
Nevroloq səhər saatlarında beynin həssaslığına görə özünü tənqid etməkdən çəkinməyi məsləhət görüb.
"Yuxudan oyandıqdan sonra ilk dəqiqələrdə mənfi fikirlər tez mənimsənilir və sonra gün ərzində dəfələrlə təkrarlanır, əhval-ruhiyyə və hərəkətlərə təsir göstərir", - o bildirib.
McDonald-a görə beyin üçün üçüncü pis vərdiş, fast food və digər yüksək işlənmiş qidaları sevməkdir.
"Belə bir pəhriz beynin qocalmasını sürətləndirir və ümumilikdə koqnitiv qabiliyyətləri azaldır", - Neyroloq xəbərdarlıq edib.
- Xocavənddə ANAMA əməkdaşı minaya düşdü
- Sabahdan tələbələr kredit üçün müraciət edə biləcəklər
- Tovuzda ağır qəza: azyaşlı yaralandı
- Şəkidə kişini elektrik cərəyanı vuraraq öldürdü
- MN həftəlik icmalını təqdim etdi - Video
- Kəlbəcərdə dərədə köməksiz qalan kişi xilas edildi
- Elvinin öldüyü qətlin detalları - Atası anasını bıçaqlamaq istəyirmiş
- Abşeron çimərliklərində gözlənilən hava şəraiti