Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən biri - Xaçatryan Vaqif Çerkezoviç bu gün növbəti dəfə məhkəmə qarşısına çaxarılıb.
BUTA.TV xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev məhkəmə iclasına sədrlik edir.
Proses Yasamal rayon Məhkəməsinin inzibati binasında baxılır. Cinayət işi üzrə məruzəçi hakim Camal Ramazanovdur.
Bu gün keçirilən prosesdə zərərçəkmişlər, zərərçəkmişlərin hüquqi varisləri və şahidlər dindirilir.
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
Qeyd edək ki, ittihamı Baş Prokurorun köməkçisi, ədliyyə müşaviri Müqəddəs Sulaynov və dövlət ittihamı idarəsini prokuroru Cövdət Mehrəliyev müdafiə edir.
Təqsirləndirilən Vaqif Xaçatryan erməni əsilli olduğu üçün ona erməni dilini sərbəst bilən mütəxəssis İsmayıl Tanrıverdi təqdim olunub. O, proses boyu baş verənləri erməni dilində tərcümə edir.
Təqsirləndirlilən şəxsl Vəkillər Kollegiyasının üzvü Radmina Abdulova müdafiə edir.
Zərərçəkmiş Xocalı rayon icra hakimiyyətini isə hüquq şöbəsinin müdiri Murad Hüseynov təmsil edir. Murad Hüseynov Xaçatryangilin törətdiyi terror zamanı 8 yaşında olub. Atası Tofiq Hüseynov Azərbaycanın Milli Qəhrəmanıdır.
Murad Hüseynov, Xocalı faciəsində atası Tofiq Hüseynovu, anası Məxmər Ələkbərovanı, əmisi Bakir Hüseynovu, hər iki baba və nənəsini, eləcə də, xalası Məhbubəni, onun övladları - Çinarə ilə Çingizi, ümumilikdə isə 49 yaxınını itirib. Onlardan yalnız atası Tofiq Hüseynovun məzarı var.
Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçatryan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.
Verilmiş maddələrin sanksiya həddi ömürlük azadlıqdan məhrum etməyə qədərdir.
Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.
- Berbok Bakıda, görün, nələrlə məşuldur – İnanılmaz
- Milli Məclisdən Paşinyana cavab: Bu, ərazi iddiasıdır!
- COP29-da mühüm razılıq əldə olundu
- 70 kq qızılla saxlanılan diplomatın kimliyi bilindi
- Taksist qonağı hava limanından 139 manata gətirdi - DİN işə qarışdı
- Bakıda COP29 keçirilir, buna görə də… - Paşinyan
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı