Vaqif Xaçatryan və dəstəsi şəhid qardaşımı yandırıblar.
BUTA.TV xəbər verir ki, bunu qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsində iş üzrə zərərçəkmiş qismində ifadə verən Camal Allahverdiyev deyib.
Onun sözlərinə görə, Meşəliyə hücum zamanı qardaşı Allahverdi Allahverdiyev şəhid olub: “Hətta şəhid olan qardaşımı da yandırıblar. Qardaşımın külünü atam çaynikdə yığaraq aparıb basdırıb. Bacım və özüm yaralanmışdım. Vaqif və onun dəstəsi kəndimizə hücum edib. Ola bilməz ki, sən kəndə hücumda olmamısan. Görənlər də olub. Sən də orada olmusan. Ona görə də Vaqif Xaçatryana ömürlük həbs cəzasının verilməsini istəyirəm”.
Vaqif Xaçatryan isə Camal Allahverdiyevin atasını tanıdığını etiraf edib: “Allahverdiyev, mən sənin atanı da tanıyıram”.
- Üçtərəfli Komissiya növbəti iclasını keçirdi
- Məzunları imtahanda ən yüksək nəticə göstərən ali məktəblər
- Ankarada Azərbaycan dilindən imtahan keçirildi
- Azərbaycanda işsizlik səviyyəsi çox aşağı həddə saxlanılır...
- Gömrük Komitəsinin İdarə rəisi işdən çıxarıldı - Foto
- Ağdamda əmək yarmarkası: 160-dan çox vakansiya təqdim edildi
- Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşdü
- Elçibəyin şəxsi mühafizə xidmətinin rəisi vəfat etdi