Bu gün İstanbul Birjasının fəaliyyəti bir müddət dayandırılıb. “Sözcü” telekanalı xəbər verir ki, bu, birjanın əsas indeksi olan BIST100 5 faiz ucuzlaşmasından sonra baş verib.
Ucuzlaşmanın əsas səbəbi kimi ekspertlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün parlamentdə İsrail əleyhinə səsləndirdiyi sərt bəyanatları göstərirlər. Prezident Ərdoğan Fələstin-İsrail münaqişəsinin gərginləşməsi ilə əlaqədar Türkiyə rəsmilərinin İsrailə planlaşdırılan bütün səfərlərinin ləğv edildiyini açıqlayıb. Bu isə İstanbul birjasında panikaya və sürətli enişə səbəb olub.
BIST100 indeksi 5 faiz endikdən sonra birjadakı “panik əməliyyatları” səbəbindən investor itkilərini minimuma endirmək üçün mövcud olan avtomatik bağlanma sisteminin işə düşməsinə və birjanın fəaliyyətinin müəyyən müddətə dayanmasına gətirib çıxarıb.
- Niger parlamentinin sədri Bakıya gəldi
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - Anbaan video
- Prezident qəbul keçirdi - Fotolar
- Azərbaycandan Ermənistana 1000 ton yanacaq göndərildi
- Millinin forması geyindirilmiş ördək viral oldu - Fotolar
- Yuxarı Qarabağ kanalında batan kişinin meyiti tapıldı
- Regionlarda yağış, Bakıda güclü külək... - Faktiki hava