Bakının Xaşaxuna bağları yaşayış massivində intihar hadisəsi baş verib.
“Buta.tv” xəbər verir ki, Beyləqan rayonu sakini olan 34 yaşlı Cahid Sabir oğlu Məhəmmədli Qala qəsəbəsi yaxınlığındakı massivdə tikilməkdə olan evində özünü asıb.
İlkin araşdırmalar zamanı məlum olub ki, C.Məhəmmədli taksi sürücüsü kimi fəaliyyət göstərirmiş. O, hadisə baş verən gün sifariş götürüb. Onun müştərisi F.Məhərrəmova adlı qadın olub. Yolda olarkən C.Məhəmmədli sərnişininə yaxınlıqdakı evdə işinin olduğunu və bir neçə dəqiqəyə qayıdacağını bildirərək avtomobildən düşüb.
F.Məhərrəmova sürücünün daxil olduğu tikilidən çıxmadığını görərək maşından düşüb və ora yaxınlaşdıqda C.Məhəmmədlinin özünü asdığını görüb. Qadın dərhal polisə məlumat verib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.
Faktla bağlı araşdırma aparılır.
- Bakıda əməliyyat: qadın saxlanıldı - Vİdeo
- Kanalda batan Aminin - Fotoları
- 16 yaşlı qız evində ölü tapıldı
- 41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
- Əmircanda Şəhidlər xiyabanından dekorativ ağaclar oğurlanıb? - Video
- İşlədiyi evdən 10 min manat oğurlayan şəxs saxlanıldı
- “Prezident İlham Əliyev müharibəni, həm də sülhü qazandı!” - Video
- Hava xəbərdarlığı: 41 dərəcə isti olacaq!