Türkiyəli müğənni Sinan Akçıl Əməkdar artist Təyyar Bayramovun xanəndə oğlu Kənanla bağlı diqqətçəkən paylaşım edib.
BUTA.TV xəbər verir ki, Sinan Kənanın Şuşada Cıdır düzündəki çıxışından görüntülərini sosial şəbəkə hesabında paylaşaraq ölkəmizin şanlı qələbəsini Fələstin-İsrail arasında gedən münaqişəyə nümunə çəkib.
"On minlərlə fələstinli ailənin tək günahı vətən dedikləri torpaqlarda yaşamaq istəməkdir. "Bu gecə öləcəyik" deyə, düşünən dərdli analar, atalar gözümün önünə gəlir.
Arzu edirəm ki, bu gecə bu mahnı zalımları susduran olsun. Bir dua çox mənanı verir. Yanınızdayıq, QƏZZA, həm də iliklərimizə qədər. Bu mahnı türk dünyasının ağısı kimidir bu gecə. Böyük Azərbaycan şanlı bir qələbə ilə Qarabağı düşməndən təmizlədi. Qısası, vətən torpağı hər şeydir".
- Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı
- Orta təhsil səviyyəsi üzrə imtahanlar keçirildi
- Bakının bir neçə rayonunda suyun verilmə saatları azaldılıb - Rəsmi
- Bakıda su niyə yoxdur? – ADSEA-dan açıqlama
- Kral tarixi uğuru futbolçularla belə qeyd etdi - Video
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - Anbaan video
- Prezident qəbul keçirdi - Fotolar