Xocalı Rayon Polis Şöbəsinə Goranboy rayon Aşağı Ağcakənd qəsəbə sakini, 1965-ci il təvəllüdlü Səməndər Həsənovun qəfildən vəfat etməsi barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan BUTA.TV-a bildirilib ki, dərhal Xocalı Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.
Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, mərhum bir gün əvvəl Goranboy rayon Erkəc kənd sakini Mübariz Həsənov ilə şəxsi münasibətlər zəminində mübahisə edərək dalaşıb.
M.Həsənov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı Xocalı Rayon Prokurorluğunda araşdırma aparılır.
- Kanalda batan Aminin - Fotoları
- 16 yaşlı qız evində ölü tapıldı
- 41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
- Əmircanda Şəhidlər xiyabanından dekorativ ağaclar oğurlanıb? - Video
- İşlədiyi evdən 10 min manat oğurlayan şəxs saxlanıldı
- “Prezident İlham Əliyev müharibəni, həm də sülhü qazandı!” - Video
- Hava xəbərdarlığı: 41 dərəcə isti olacaq!
- Taksidən pul və bank kartları oğurlayan şəxs saxlanıldı